Xalq artistinin səhhətində problem yaranıb

16:59 16.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin səhhətində problem yaranıb.

Hafta.az xəbər verir ki, bu haqda Xalq artistinin oğlu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rasim Balayev hazırda əsəb pozğunluğu keçirir.

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada uğurlu fəaliyyət göstərib.

Aktyor "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərində yaratdığı obrazlarla tamaşçıların sevgisini qazanıb.